“Araz-Naxçıvan”da 6 yeni futzalçı

Qış fasiləsinə zirvədə yollanan “Araz-Naxçıvan” futzal klubu, heyətini gücləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, son ölkə çempionu 6 futzalçı ilə anlaşıb. Yayda Belçikanın “Gent Beşikdaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən geri dönüb.

Cari mövsümün ilk iki dövrəsini “Neftçi”də keçirən qapıçı Emin Kürdov bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi ilə çıxış edəcək. Ötən mövsüm U-19-da oynayan və yayda 1-ci liqanın debütantı “Şamaxı” üçün çalışan Novruz Kazıxanov da “Araz-Naxçıvan”a keçib. Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes də çempionla müqavilə imzalayıb.

“Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yolunu ayırıb.

Həmin kateqoriyadan