Argentina millisinə iki yeni namizəd

Argentina millisinə iki yeni namizəd

Argentina millisinə yeni baş məşqçi təyin oluna bilər.

Allsport.az xəbər verir ki, federasiya bu post üçün iki mütəxəssis arasında seçim edir.

Qurum Madrid təmsilçisi “Atletiko”nun sükanı arxasında olan Dieqo Simeone və “River Pleyt” klubunun sabiq çalışdırıcısı Marselo Qalyardonun variantlarını dəyərləndirir. Onlar mövcud baş məşqçi Lionel Skaloninin gedişinə hazırlaşırlar. Qalyardonun əsas namizəd olmasına baxmayaraq, Simeone başlıca seçim kimi dəyərləndirilir.

Skaloni 2018-ci ildən “ağ-mavilər”i çalışdırır. Onun rəhbərliyi altında DÇ-2022-nin qalibi olan komanda DÇ-2026-nın finalında İspaniyaya əlavə vaxtda uduzub (0:1). Mütəxəssis bu dövrdə iki dəfə də Amerika kubokunu qaldırıb. 48 yaşlı baş məşqçinin müqavilə müddəti 2026-cı ilin sonunda başa çatır.

Həmin kateqoriyadan