- Baxış sayı: 17
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

Bir qrup argentinalı azarkeş, Dünya Kuboku matçına Kanzas-Sitidə gedərkən atəşə tutulduqlarını iddia edib. Allsport.az saytı xəbər verir ki, onlar, Əlcəzairə qarşı ilk oyununa gedərkən taksilərinin yanında başqa bir avtomobil dayanıb və 2 dəfə atəş açdıqlarını deyiblər.
Azarkeşlər əvvəlcə təkərin partladığını düşündüklərini söyləyiblər. Bir sərnişin sürücünün maşını saxladığını və onun yaralandığını görüb: “O, qəfildən əyləc basdı və mən onun ayağını gördüm – oğlanın ayağında dəlik var idi. Polisə zəng etdik. Bu, dəhşətli idi”.
Dəstə bildirib ki, polis hadisə yerinə gəlib, ifadələr alıb və sonra onları patrul maşınları ilə stadiona aparıblar.