Arteta: “Nəyisə proqnozlaşdırmaq çox çətindir”

Allsport.az xəbər verir ki, Mikel Arteta “Arsenal”ın hələ də premyer liqanı qazanmaq üçün mübarizə apardığına inanır.

“Mançester Siti” 35 matçdan sonra 85 xalla turnir cədvəlinə başçılıq edir. “Arsenal”ın 36 oyundan 81 xalı var.

“Topçular” “Nottinqem Forest”ə uduzsa və ya bazar günü “Mançester Siti” “Çelsi”yə qalib gəlsə, Pep Qvardiolanın komandası çempion olacaq.

“İki matç qaldı və biz hələ də premyer liqa tarixinin bəlkə də ən yaxşı komandasına qarşı çempion ola bilərik. Biz hələ də buradayıq – qarşıda iki oyunumuz var.

Gələn mövsüm nə etdiyimizdən, necə inkişaf etməyimizdən çox şey asılı olacaq. Nəyisə proqnozlaşdırmaq çox çətindir”- deyə “topçular”ın baş məşqçisi bildirib.

Londonlular sabah, mayın 20-də səfərdə “Nottinqem Forest”lə qarşılaşacaqlar. 

Həmin kateqoriyadan