Asim Xudiyevə UEFA-dan təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Allsport.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaqlar.

Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.

Həmin kateqoriyadan