“Aslanlar” 6 nömrə ovunda

Türkiyə superliqasında son 10 oyunda qalib gələn “Qalatasaray” klubu, “Strasburq”dan Həbib Diarra və “Valansyen”dən Məhəmməd Kaba üçün hərəkətə keçib.

Allsport.az saytı xəbər verir ki, adı ilk çəkilən futbolçunun dəyəri 3 milyon avrodur. 19 yaşlı Seneqal əsilli yarımmüdafiəçi Fransa 1-ci liqasında 14 matçda çıxış edib və 1 qol ötürməsi edib.

Qana əsilli fransalı Məhəmməd Kaba 2.2 milyon dəyərindədir. 21 yaşlı orta xətt futbolçusu 17 görüşdə 1 dəfə fərqlənib və 1 kərə məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan