- Baxış sayı: 43
- 12 Avqust 2026 14:14
- Baxış sayı: 232
- Avqust 12, 2026
- 0

Lionel Messi atasına həsr olunmuş məktub yayımlayıb.
Allsport.az xəbər verir ki, argentinalı futbolçu etiraf edib ki, hələ də onun ölümünü dərk edə bilmir və demək bütün karyerası boyu yanında olmuş insansız həyata necə davam edəcəyini bilmir: ”Ata, sənin yoxluğuna hələ də inana bilmirəm. Bunu qəbul edə bilmirəm. Və ya daha doğrusu, istəmirəm. Təsəvvür etmək mənə o qədər çətindir ki, səni bir daha heç vaxt görməyəcəyik və bir daha heç vaxt danışmayacağıq”.
“İnter Mayami”nin hücumçusunun atası Xorxe Messi oğlunun futbolçu kimi formalaşmasında əhəmiyyətli rol oynayıb. Məhz o, Lionelə erkən yaşlarından dəstək olub, işdən sonra onu məşqlərə aparıb və heç bir matçını qaçırmayıb. Xorxe həm də uzun müddət onun agenti olub və bütün karyerası ərzində yanında qalıb.
Messi atasının ondan son dünya çempionatında oynamasını xahiş etdiyini və yanında olacağına söz verdiyini xatırladıb: ”Sən mənim atam, dostum və agentim idin. Hər zaman hər an lazım olan insan olmağı bacarmısan və heç vaxt yanılmamısan”.
39 yaşlı futbolçu həmçinin etiraf edib ki, hazırda futboldakı gələcəyi ilə bağlı ciddi şübhələri var, çünki məhz atası bütün bu yol boyu onun yanında olub: ”Sənsiz nə edəcəyimi, necə davam edəcəyimi bilmirəm. Etdiyim yeganə şey futbol oynamaq olub. İndi bunu uzun müddət davam etdirib-etdirməyəcəyimlə bağlı ciddi şübhələrim var”.
Məktubun sonunda Messi hər şeyə görə atasına təşəkkür edib: ”Sənin üçün çox darıxacağam, amma sən həmişə mənimlə olacaqsan. Xüsusilə də uşaqlarımı tərbiyə etməyimdə. Çünki mən onları sənin mənə öyrətdiklərinə əsasən öyrədirəm. Hər şey üçün təşəkkür edirəm. Səni sevirəm, ata”.