FOTO
ATF ailəsi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bu gün Azərbaycan Taekvondo Federasiyasının rəhbər heyəti, əməkdaşlar və Meksikada keçirilən dünya kubokunda qələbə qazanan ustalardan ibarət milli komandamız Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və eləcə də oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, məzarlarını ziyarət edərək, abidəsi önünə tər güllər qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ümummilli liderin məzarının ziyarət edilməsində ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov, baş məşqçi Reza Mehmandoustt, böyük məşqşi Elnur Amanov, təşkilat komitəsinin sədri Rəşad Əhmədov, gənclərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın üzvləriə və digər şəxslər iştirak ediblər.

DSC_5501 DSC_5508 DSC_5519 DSC_5543 DSC_5575 DSC_5596

Həmin kateqoriyadan