Atletika komandamıza İspaniyadan məşqçi gətirilir

İspaniyalı atlet Pedro Nimo Azərbaycan millisini çalışdırmaq üçün Bakıya yollanıb. Allsport.az saytının məlumatına görə, bu barədə məlumatı Qalisiya vilayətinin “Faro de Viqo” xəbər portalı yayıb.

Sayta müsahibə verən idmançı  bildirib ki, onu Bakıda yeni həyat və layihələr gözləyir. Onu bu işə həvəsləndirən isə Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol üzrə yığma komandasının baş məşqçisi Patrisia Qonzales olub.

İdmançı fəaliyyətini qısa olaraq belə xarakterizə edib: “Bakı küləklər şəhəridir. Mənim vəzifəm isə onun marafonçularını küləkdən də sürətli etməkdir”.

Müxtəlif ölkələrdən tez-tez təkliflər alan 36 yaşlı atlet Bakıda mayın sonunadək fəaliyyət göstərəcək.

Həmin kateqoriyadan