Obameyanq 8 dəqiqə oynamaqla çempion olub

Allsport.az xəbər verir ki, “Barselona”nın keçmiş hücumçusu Pyer Emerik Obameyanq 2021/22 mövsümündə Kataloniya təmsilçisi üçün 11 oyunda 17 qol vursa da, 2022/23 mövsümündə cəmi 1 görüş keçirib. O, la liqanın ilk turunda “Rayo Valyakano”ya qarşı matçda 8 dəqiqə meydanda olub.

Bundan sonra o, “Çelsi”yə keçib və London təmsilçisində 15 görüşdə cəmi 1 qol vurub.

Buna baxmayaraq futbolçu həmin 8 dəqiqəlik oyuna görə “Barselona”nın heyətində 2022/23 mövsümünün çempionu hesab edilib.

33 yaşlı Obameyanq karyerasında ilk dəfə ölkə çempionu olub. O, əvvəllər Fransa liqa kubokunu, Almaniya kubokunu və superkubokunu, həmçinin FA kubokunu qazanıb. Lakin Obameyanq indiyədək heç vaxt ölkə çempionu olmamışdı.

Həmin kateqoriyadan