FOTO
AVİF-in qalibləri mükafatlandırma mərasimi

Xəbər verdiyimiz kimi, “Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Allsport.az xəbər verir ki, müsabiqə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına töhfə vermək məqsədilə keçirilib.

Qaliblərin adı “Park Bulvar” AVM-də təşkil edilən sərginin açılış mərasimində elan edilib. Münsiflər heyətinin seçiminə əsasən 1-ci yerə Şəmsəddin Böyükdüzlünün əl işi layiq görülüb. Rahib Qarayev və Vüqar Ağayev isə öz yaradıcılıq işlərinə görə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.

Həmin kateqoriyadan