Avro-2020-də bütün qrupların tərkibi dəqiqləşib

Avro-2020-nin bütün qruplarının tərkibi dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, pley-offda final oyunlarından sonra, son 4 komandanın da hansı qrupda yer alacağı bilinib: Şimali Makedoniya “C”, Şotlandiya “D”, Slovakiya “E”, Macarıstan isə “F”.

Avro-2020
Qrup mərhələsi

“A” qrupu: 
Türkiyə, İtaliya, Uels, İsveçrə
“B” qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
“C” qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya
“D” qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya
“E” qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya
“F” qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya

Koronavirus pandemiyası səbəbindən final mərhələsi 1 il sonraya təxirə salınıb. Qitə çempionatı Bakı daxil olmaqla, Avropanın 12 şəhərində 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı olimpiya stadionunda “A” qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə görüşləri, eləcə də 1/4 finalın bir oyunu olacaq.

Həmin kateqoriyadan