“Avro-2020-nin bu səviyyədə təşkili təkcə futbolumuzun deyil, ölkəmizin böyük uğurudur”

Bu gün “Bulvar” mehmanxanasında AFFA-nın 30-cu növbəti konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, qurumun prezidenti Rövnəq Abdullayev iştirakçıları salamlayaraq dedi: “Hörmətli konfrans iştirakçıları, hörmətli qonaqlar! AFFA-nın Növbəti Konfransında hər birinizi salamlayıram. Bildiyiniz kimi, COVİD-19 pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar ötən konfransımız videokonfrans formatında keçirilmişdi. Yenidən canlı ünsiyyətdə olmaq imkanı əldə etdiyimiz üçün hər birinizi təbrik edirəm.

Ümidvaram ki, növbəti Konfransımızda pandemiya haqqında tamamilə keçmiş zamanda danışacağıq.Bu gün Konfransımız əlamətdar günə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si hər il Azərbaycan Gəncləri günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan futbol ailəsi adından gənclərimizi təbrik edirik!Hesabat dövrü ərzində koronavirus pandemiyasına baxmayaraq, AFFA tərəfindən planlaşdırılan tədbirlər həyata keçirilib.

Təbii ki, ilk növbədə Avro-2020-nin Bakıda təşkil olunmuş 4 oyununu xüsusi qeyd etməliyik. Bu, ölkəmizin nəinki futbol, ümumiyyətlə, idman tarixində xüsusi əhəmiyyətə malik hadisələrdən biri idi. AVRO-2020-nin oyunlarının təşkili ilə bağlı namizdəlyimizin irəli sürülməsi prosesindən başlayaraq bütün mərhələlərdə bizə böyük dəstək göstərən dövlətimizə, xüsusilə möhtərəm cənab prezidentə bir daha futbol ictimaiyyəti adından təşəkkürümü bildirirəm. Turnirin bu səviyyədə təşkil olunması təkcə futbolumuzun deyil, ölkəmizin, dövlətimizin böyük uğurudur. Həyata keçirilmiş bütün tədbirlər barədə sizə ətraflı məlumat veriləcək, hesabat təqdim olunacaq”.

Həmin kateqoriyadan