Avro-2020 üçün simulyator proqramı

UEFA 2018/19 millətlər liqasında çıxışları sayəsində hansı komandaların qitə çempionatının təsnifat mərhələsinin pley-off oyunlarına vəsiqə qazana biləcəyini başa düşməkdə azarkeşlərə kömək məqsədilə simulyator proqramı hazırlayıb. Allsport.az saytı xəbər verir ki, noyabrın 20-də Avro-2020-nin final mərhələsinə vəsiqə qazanacaq 24 komandadan 20-sinin adı məlum olacaq.

Təsnifat mərhələsinin 10 qrupunda ilk iki yeri tutan komanda gələn yay keçiriləcək final mərhələsinə adlayacaq. Digər dörd komanda isə 2020-ci ilin mart ayında Avropa çempionatının təsnifat mərhələsinin pley-off oyunları ilə müəyyənləşəcək.

Komandaların pley-off oynamaq hüququnu necə qazanacaqlarını başa düşməkdə azarkeşlərə və mediaya kömək məqsədilə, UEFA istifadəçilərin qurduğu ssenarilər əsasında pley-off oyunlarına hansı komandaların vəsiqə qazanacağını göstərən simulyator proqramı hazırlamışdır.  

Həmin kateqoriyadan