AVRO-2020-yə 100 gün qalmış “Skillzi” Bakı gəzintisinə çıxdı

Avropa çempionatının başlamasına 100 gün qalmış AVRO-2020-nin rəsmi talismanı – “Skillzi” çempionatın Bakı şəhəri üzrə fristaylerləri – veteran futbolçu Nuqzar Kvirtiya və Kader Alimova ilə birlikdə paytaxta gəzintiyə
çıxıb. Allsport.az xəbər verir ki, “Skillzi” və dostlarının “küləklər” şəhərindəki sərgüzəştlərini paytaxt sakinləri böyük maraqla qarşılayıb.

Əlamətdar gündə baş tutan bu gəzinti paytaxtımıza xüsusi rəng qatıb. “Skillzi” və dostları gəzintilərinə Bakının mərkəzindən – Nizami küçəsindən başlayıblar. Daha sonra “küləklər şəhəri”nin tarixi yerlərindən olan İçərişəhərə gedən dostlar Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Yanardağ kimi turistik yerlərə, eləcə də bir sıra muzeylərə baş çəkiblər.

Talismanın adı ingilis dilində “bacarıq” mənasını daşıyan “skills” sözündən götürülüb. “Bacarıqlı oğlan” ilk dəfə bu il martın 24-də Niderland və Almaniya arasında matç zamanı təqdim edilib.

“A” qrupunun 3, 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı olimpiya stadionunda keçiriləcək.

Həmin kateqoriyadan