Avropa ağırlıqqaldırma federasiyası Azərbaycan və Türkiyə prezidentlərindən xəbər hazırlayıb

Avropa ağırlıqqaldırma federasiyasının rəsmi saytı ewf.sport-da ölkə başçısı İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Zəngəzur dost” ağır atletika klubunun açılışında iştirakı ilə bağlı xəbər yerləşdirilib.

Allsport.az saytı xəbər verir ki, dövlət başqanları açılış mərasimində Türkiyənin və Azərbaycanın ağır atletika üzrə milli komandalarının üzvləri, klubun həvəskar idmançıları prezidentlərlə söhbət ediblər.

Görüşdə 3-qat olimpiya çempionu Xəlil Mutlunun da iştirak etməsi, həmçinin Azərbaycan prezidentinin ştanq qaldıraraq bu idman növünün təbliğatına dəstək olduğu vurğulanıb.

Həmin kateqoriyadan