Avropa birinciliyində 1 qızıl, 1 gümüş və 3 bürünc

Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında açıq Avropa birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan seçməsi 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında açıq Avropa birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan seçməsi 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

“A” kateqoriyasında 27 kqda Mehman Qənbərli qitənin ən güclüsü olub. “Kristal Abşeron” taekvondo klubunun digər yetirməsi Ülvi Məmmədov finalda komanda yoldaşına yenilib.

Yarışda bürünc medalları “Xəzər” taekvondo klubundan Harun Hüseynov (36 kq), “Xəmsə”dən Zaur Hüseynov (36 kq) və “Modern”dən Nadir Paşayev (21 kq, “B” kateqoriyası) qazanıblar.

Həmin kateqoriyadan