Avropa çempionatı-2020-nin topu təqdim edildi

2020-ci ildə keçiriləcək Avropa çempionatının rəsmi topunun təqdimat mərasimi olub.

Allsport.az xəbər verir ki, qitə birinciliyində istifadə olunacaq top “uniforia” adlanır və əsas rəngi ağdır. “Adidas”ın hazırladığı topun üzərində müxtəlif rəngli çalarlar da var.
 
AÇ-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.

Həmin kateqoriyadan