Avropa gənclərinin Olimpiya festivalında Azərbaycanı 42 idmançı təmsil edəcək

İyulun 25-dən avqustun 2-dək Tbilisidə keçiriləcək Avropa gənclərinin Olimpiya festivalında 49 ölkədən 3800 idmançı birincilik uğrunda mübarizə aparacaq. Allsport.az xəbər verir ki, 13-cü dəfə təşkil olunacaq yarışlar idmanın 9 növü – cüdo, tennis, bədii gimnastika, velosiped, atletika, üzgüçülük, voleybol, həndbol və basketbol üzrə keçiriləcək.

Festivala qatılacaq Azərbaycan təmsilçilərinin “şef-de-mission”u Vaqif Əliyev “Azərtac”a məxsusi müsahibəsində bildirib ki, bu mötəbər turnirdə iştirak edəcək komandaya hələlik 42 idmançı cəlb olunub. İdmançılarımız tennis, atletika, üzgüçülük, bədii gimnastika, cüdo və velosiped yarışlarında mübarizə aparacaqlar. V.Əliyev, həmçinin aprelin 23-dən 26-dək Tbilisidə “şef-de-mission”lar üçün təşkil olunacaq seminarda Azərbaycanı təmsil edəcək.

Həmin kateqoriyadan