Avropa olimpiya festivalında iştirak edən komandamızla olimpiya kəndində görüş

Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev və onun müavini Azər Əliyev Yeniyetmələrin Avropa olimpiya festivalında iştirak edən idmançılarımızla görüşüblər. Allsport.az saytı xəbər verir ki, Macarıstanın Gyor şəhərində komandamızın məskunlaşdığı olimpiya kəndinə gələn MOK-un rəsmiləri idmançıların, məşqçilərin və nümayəndə heyətinin şəraiti ilə maraqlanıb, yarışlara hazırlıqla bağlı məlumatları dinləyib və onların qidalandıqları yeməkxanaya baş çəkiblər.

AzərTAc-ın məlumatına görə, səmimi şəraitdə keçən görüşdə Ağacan Abiyev ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişafına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, beynəlxalq yarışlarda Azərbaycan idmançılarının qazandıqları uğurların yeniyetmə idmançılarımız üçün nümunə olduğunu və onların da Avropa Olimpiya aestivalında uğurlu nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.

Görüşün sonunda idmançılarla xatirə şəkili çəkdirilib.

Həmin kateqoriyadan