Avropa Olimpiya Komitəsinin prezidenti Rio-2016-da qanunsuz bilet satışı bağlılığına görə saxlanılıb

Rio-de-Janeyroda xoşagəlməz hal yaşanıb. Allsport.az saytı xəbər verir ki, şəhər polisi “dördilliy”in gedişi zamanı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Patrik Hikkini həbs edib. BBC-nin yazgığına görə, o, Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb.

71 yaşlı idman adamı mehmanxanada saxlanılıb. Həmin vaxt özünü pis hiss edən Avropa Olimpiya Komitəsi prezidenti xəstəxanaya aparılıb. Onun həbsinə əlində 800 biletlə saxlanılan alverçinin ifadəsi səbəb olub.

Bilet satışı ilə bağlı araşdırmalar aparan Braziliya polisi artıq 40-a yaxın adamı göz altına alıb. Onlardan biri, Böyük Britaniyanın THG şirkətinin prezidenti Ceyms Merlondur. İrlandiyalının beynəlxalq cinayətkar qruplarla bağlılığı söylənilir və böyük yarışlarda qanunsuz bilet satışında şübhəli bilinir. Yeri gəlmişkən, Hikki eyni zamanda, İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Həmin kateqoriyadan