Avropa oyunlarında 4 taekvondoçumuzun rəqibi bəlli oldu

Allsport.az xəbər verir ki, Krakovda keçirilən 3-cü Avropa oyunlarında taekvondo yarışlarının ilk gününün püşkü atılıb.

Püşkə əsasən multi-idman turnirində Azərbaycan millisinin 4 idmançısının da ilk rəqibləri müəyyənləşib.

Təmsilçilərimizin hər biri yarışa 1/8 final mərhələsindən qoşulacaq.
54 kq-da Səyyad Dadaşov almaniyalı Xalid Abdel Halimlə üz-üzə gələcək. Qaşım Maqomedov (58 kq) startda Aymen Açnineni (Niderland) sınağa çəkəcək.

46 kq çəkidə Minayə Əkbərova debütdə Sofiya Zampetti (İtaliya) ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) isə ilk görüşünü Sufarada Kisskalta (Almaniya) qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur. Krakov-2023-də iyunun 23-26-da 43 ölkədən 256 idmançı 16 çəkidə mübarizə aparacaq.

Həmin kateqoriyadan