“Ay-ulduzlular”ımız Dünya Kuboku-2018-in Top-24-ündə yer alıb

Dünya Kuboku-2018-in Avropa zonası üzrə seçmə mərhələsində 4-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “Ay-ulduzlular”ımızın yer aldığı “C” qrupunda 4 turdan sonra 7 xalla 3-cü sırada qərarlaşıb. Bu göstərici ilə Robert Prosineçkinin komandası qitənin ən yaxşı 24 kollektivi arasındadır.

4 oyundan maksimum (12) xal toplayan komandalar İsveçrə, Almaniya və Belçikadır. Fransa, İrlandiya, Polşa, İngiltərə, İtaliya, İspaniya, Yunnaıstan və Xorvatiya 10 xal toplayıblar. Portuqaliya və İsrail 9, Serbiya, Sloveniya və Ukrayna 8 xal yığıblar.

Azərbaycan millisi Niderland, İsveç, Macarıstan, Şimali İrlandiya, Monteneqro, İslandiya, Bosniya və Herseqovina ilə birgə 7 xala malik komandalar sırasındadır.

Həmin kateqoriyadan