“Ay-ulduzlular”ımızın Dünya Kuboku-2022-nin ələməsində rəqibləri

Dünya Kuboku-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, İsveçrənin Sürix şəhərində tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Püşk zamanı 55 yığma 10 qrupa bölünüb. Qrupların 5-də 6, 5-də 5 komanda yer alıb. Final mərhələsinə 20 komanda yüksələcək. 10 qrup qalibi birbaşa final, 2-ci yerin sahibləri isə pley-offa vəsiqə qazanacaq. 

Püşkdən öncə millilər FIFA reytinq sıralamasına əsasən səbətlərə bölünüb. Canni de Byazinin rəhbərlik etdiyi yığmamız  5-ci səbətdə yer alıb. “Ay-ulduzlular” püşkün nəticəsində Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburqla birgə “A” qrupunda mübarizə aparacaq. Gələn il keçiriləcək 10 turdan ibarət seçmə mərhələyə martın 24-də start veriləcək. Pley-off oyunları isə 2022-ci ilin martında olacaq. 

DÇ-2022, Püşkatma

“A” qrupu:
 Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan
“B” qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo
“C” qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva
“D” qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Hersoqovina, Qazaxıstan, 
“E” qrupu: Belçika, Uels, Çex Respublikası, Belarus, Estoniya

“F” qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova
“G” qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq
“H” qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta
“I” qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San-Marino
“G” qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn

Həmin kateqoriyadan