“Ay-ulduzlular”ımızla oyun üçün yeni futbolçu

Sloveniya millisinə Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla millətlər liqası üçün yeni futbolçu çağırılıb.

Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Matyaj Kek müqavilə ilə “Riyeka”ya (Xorvatiya) məxsus olan, hazırda “Nürnberq”də (Almaniya) icarədə oynayan Adam Qnezda Çeriyə dəvət göndərib. 21 yaşlı mərkəz yarımmüdafiəçisi ilk dəfə yığmaya çağırılıb.

Noyabrın 11-də Sloveniya – Azərbaycan görüşü 23:45-də başlayacaq.

Həmin kateqoriyadan