“Ay-ulduzlular”ın oyunu niderlandlı referiyə tapşırıldı

İyunun 11-də start götürəcək AÇ-2020-nin açılış – İtaliya – Türkiyə matçının təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda keçiriləcək görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Danni Makkeli olacaq. Ona yan xətt hakimləri Hessel Steeqstra və Yan de Vris kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə fransalı qadın referi Stefan Frappart yerinə yetirəcək.

İtaliya – Türkiyə matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Həmin kateqoriyadan