“Ay-ulduzlular”ın paytaxtımıza gələcək heyəti

Türkiyə millisinin baş məşqçisi Şənol Günəş Avropa çempionatı üçün yekun heyəti açıqlayıb. Allsport.az xəbər verir ki, aşağıdakı 26 futbolçu millinin heyətində yer alacaq:

Qapıçılar: Mərd Günok (“Başağşəhər”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbağça”);

Müdafiəçilər: Zəki Çelik (“Lill”, Fransa), Mərd Müldür (“Sassuolo”, İtaliya), Mərih Dəmiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester”, İngiltərə), Kaan Ayhan (“Sassuolo”, İtaliya), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşiktaş”);

Yarımmüdafiəçilər: Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşikdaş”), Okay Yokuşlu (“Vest Bromviç” İngiltərə), Ozan Tufan (“Fənərbağça), Orkun Kökçü (“Feyenoord” Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), İrfan Can Kahveci (“Fənərbağça”), Hakan Çalhanoğlu (“Milan”, İtaliya);

Hücumçular: Cengiz Ünder (“Lester”, İngiltərə), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu (“Qalatasaray”), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya), Halil İbrahim Dervişoğlu (“Qalatasaray”).

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun iyunun 12-də İsveçrə – Uels, iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi etməlidir.

Həmin kateqoriyadan