Azərbaycan və Özbəkistan cüdo federasiyası arasında anlaşma

Allsport.az saytı xəbər verir ki, anlaşmanı qarşı tərəfdən ÖCF-in prezidenti Əzizcan Kamilov və ACF-in vitse-prezidenti Elnur Məmmədli imzalayıblar.

Sözləşmənin əsas məqsədi cüdo sahəsində əməkdaşlıq vasitəsilə iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və həmrəyliyin güclənməsinə töhfə vermək, dostluq münasibətlərini inkişaf etdirmək və birgə fəaliyyət quraraq ölkədə cüdonun inkişafına yönələn qarşılıqlı faydalı nəticələrə nail olmaqdır.

Eyni zamanda, hər 2 tərəf arasında idman tədqiqatları, idman tədbirlərin təşkilinə dəstək göstərilməsi, tibbi əməkdaşlıq və digər sahələrdə də əməkdaşlıq qurulacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish