- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 128
- May 04, 2026
- 0

“Ufa” klubu Kiprin Larnaka şəhərində təlim-məşqi başa vurub. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi komanda toplanışın son günündə 2 yoxlama oyununu keçirib.
“Şəhərlilər” öncə İsveçrənin “Yanq Boyz” gənclərdən ibarət kollektivi ilə üz-üzə gəlib və 2:1 qalib gəlib. Həmvətənimiz sonadək oynayıb. Bolqarıstanın “Levski” klubu ilə matç isə qolsuz bitib. Bu görüşü Azər kənardan izləyib.
Bir neçə günlük istirahətdən sonra, “Ufa” premyer liqanın 2-ci dövrəsinə növbəti hazırlıq üçün İspaniyayaya yollanacaq.