- Baxış sayı: 30
- 05 May 2026 17:23
- Baxış sayı: 121
- May 04, 2026
- 0

Avro-2024-ün seçməsində “F” qrupunda Azərbaycan – Belçika oyununu idarə edəcək hakimlər açıqlanıb. Allsport.az saytı xəbər verir ki, qarşılaşma Serbiyadan olan briqadaya həvalə olunub.
Baş referi Nenad Minakoviçə yan xətlərdə Slobodan Pavloviç və Nikola Boroviç kömək edəcəklər. 4-cü ədalət təmsilçisi Milan Mitiç olacaq.
VAR hakimi Novak Simoviç, onun köməkçisi isə Momçilo Markoviçdir.
Sentyabrın 9-da “Dalğa arena”da görüş saat 17:00-da başlayacaq.