Azərbaycan evdə medalsız qaldı, Türkiyə 1-ci oldu

Paytaxtda “Büllur” sarayda taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya taekvondo federasiyasının 50 illiyinə təsadüf edən yarış, “Öz gücünü alovlandır” şüarı ilə təşkil olunub. Tədbird 145 ölkədən 949 dayanq ustası 16 çəkidə mübarizə aparıb. Dünya çempionu hüsabına 140 reytinq xalı əlavə edib.

Yarışın sonuncu günündə 2 idmançımız xalçaya çıxıb. Həmidrza Bədriəliabadi (+87 kq) 1/4 finalda türkiyəli Əmrə Atəşliyə məğlub olub.

Millinin digər üzvü Səmərrux Osmanova (53 kq) 1/16 finalda yarışla vidalaşıb. Beləliklə, komandalarımız dünya çempionatını medalsız başa vurublar.

Qardaş Türkiyə seçməsi qadınlarda 1-ci, kişilərdə 2-ci olub.

Həmin kateqoriyadan