“Azərbaycan millisinin güclü olduğunu qəbul edirəm”

Farer adalarının baş məşqçisi Lars Olsen millətlər liqasında Azərbaycana səfərdə 0:2 hesabı yenilgiyə şərh verib. Allsport.az saytı xəbər verir ki, danimarkalı mütəxəssis rəqibin gückü olduğunu etiraf edib:

“Qələbə münasibəti ilə komandanızı təbrik edirəm. Güclü olduğunuzu qəbul edirəm. Layiqli qələbə qazandınız. Oyunu iki hissəyə bölərdim. Birinci hissədə kobud səhvlərə yol verdik və qollar buraxdıq.

Fasilədən sonra fəallaşsaq da, bu nəticəni dəyişməyimiz üçün kifayət etmədi. Komandanıza Kosovo ilə oyunda uğurlar arzulayıram. Maraqlı qarşılaşma olacağını deyə bilərəm”.

Həmin kateqoriyadan