“Qarşı tərəfin yaxşı baş məşqçisi var”

“Rəqibin heyətində heç bir futbolçunu ayrılıqda analiz etməmişik. Azərbaycan millisinin yaxşı baş məşqçisi var. Bu oyunda da bizə qarşı yaxşı oynayacaqlar”.

Allsport.az xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Bakıda millimizə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə deyib.

67 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi müdafiədə yaxşı oynayır: “Amma yarımmüdafiə xəttində də pis təsir bağışlamırlar. Bəzən müdafiədə 6-7 futbolçu yer alır. Bununla belə, heyətdə yaradıcı oyunçuları da var. İstənilən vəziyyətə hazırıq. Sabah meydana da bu düşüncə ilə çıxacağıq”.

Sentyabrın 7-də Bakı olimpiya stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçı saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan