Azərbaycan Rio-2016-nın təntənəli açılışında

Rio-de-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarının təntənəli açılış olub. Allsport.az saytı xəbər verir ki, Bakı vaxtı ilə saat 03:00-də başlanan mərasim “Marakana”da keçirilib. Stadionda quraşdırılan böyük səhnədə “dördilliy”in2 əsas dəyərlərindən sayılan sülhü təmsil edən görüntülər formalaşdırılıb. Məşhur müğənni Paulinho da Violanın ifasında Braziliyanın dövlət himninin səsləndirilib və bu ölkənin bayrağı qaldırılıb.

Rio-2016-da Azərbaycan millisi 13 növ üzrə 56 idmançı (59 lisenziya) ilə təmsil olunur. Olimpiyaçılarımız bayraqdarı gözlənildiyi kimi boksçu Teymur Məmmədov olub. Avqustun 21-dək davam edəcək Rio olimpiadasında 206 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306  dəst medal uğrunda mübarizə aparacaq.

rio-aze-parad

Rio-parad1

Həmin kateqoriyadan