Azərbaycan taekvondoçuları dünya kubokunda

8-9 dekabrda Meksika paytaxtında dünya kuboku keciriləcək.

Allsport.az saytı xəbər verir ki, Dünya Taekvondo Federasiyası tərəfindən təşkil ediləcək yarışa baş məşqçi Rza Mehmandostun və böyük məşqçi Elnur Amanov komandasından Milad Beigi Harçeqani, Səid Quliyev, Ayxan Tağızadə, Sina Bahrami, Məhəmməd Məmmədov və Radik İsayev qatılacaq.

ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Mexikoya yollanacaq millimiz dekabrın 13-də Vətənə dönəcək.

Həmin kateqoriyadan