Azərbaycan və Türkiyə qaziləri Bakıda taekvondo üzrə dünya çempionatını birgə izləyiblər

Bakıda davam edən taekvondo üzrə dünya çempionatını izləyənlər arasında Azərbaycanla Türkiyənin qaziləri və amputant futbolçuları da öz yerlərini alıb. Allsport.az saytı xəbər verir ki, onlar mundialın yarımfinal və final döyüşlərini, xüsusilə türkiyəli taekvondoçuların mübarizələrini həyəcanla izləyiblər.

Yarışdan sonra qazilər və amputant futbolçular təşkilatçı komanda ilə görüşüb və onlara dünya çempionatına dair müxtəlif hədiyyələr təqdim edilib.

Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilən mundiala 145 ölkədən 1000-ə qədər dayanq ustası iştirak edir. Yarışla bağlı 3000-dən artıq qonağın gəldiyi Bakıda çempionat çərçivəsində tədbirlər keçirilir.

Həmin kateqoriyadan