Azərbaycan yığmasının iki turnir üçün heyəti açıqlandı

Taekvondo üzrə kişilərdən ibarət milli komandamız Misir Ərəb Respublikasının Lüksor şəhərinə yollanır. Allsport.az xəbər verir ki, 27 fevral – 1 mart aralığında təşkil edilən və sayca 2-ci olan G2 kateqoriyalı “Luxor Open”ə qatılacaq millimiz turnirdə 11 taekvondoçu ilə təmsil olunacaq.

Xatırladaq ki, ötən il komanamızın üzvləri bu yarışda 3 qızıl və 3 gümüş medal qazanmışdı.

Turnir başa çatandan sonra millimiz birbaşa daha bir beynəlxalq yarışa qatılacaq. Belə ki, kişilərdən ibarət komanda 6-7 martda Qətərin paytaxtı Doha şəhərində sayca 1-ci dəfə keçiriləcək “Qatar Open”də də eyni heyətlə mübarizəyə qatılacaq.Komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov aşağıda adları göstərilən taekvondoçuları turnirə cəlb edib.

1. Natiq Abdullayev (-54 kq)
2. Mikayıl Əliyev (-58 kq)
3. Maqomedyasin İbraqimov (-58 kq)
4. Məhəmməd Məmmədov (-63 kq)
5. Kamil Abdulrazakov (-63 kq)
6. Ayxan Tağızadə (-68 kq)
7. Fariz Əliyev (-68 kq)
8. Səid Quliyev (-74 kq)
9. Elvin Məmmədov (-74 kq)
10. Radik İsayev (-87 kq)
11. Ceyhun Həsənli (+87 kq)

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyammədin Paşayevin rəhbərliyi ilə yarışlara qatılacaq taekvondoçularımız martən 8-də vətənə dönəcəklər.

Həmin kateqoriyadan