- Baxış sayı: 92
- 04 May 2026 23:05
- Baxış sayı: 100
- May 04, 2026
- 0

Türkiyənin Kayseri şəhərində əməliyyat olunan “Neftçi”nin qapıçısı Aqil Məmmədov yerli mətbuata açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 33 yaşlı qolkiper cərrahi müdaxiləyədək, dizinin çox pis durumda olduğunu deyib:
“Azərbaycanda həkimlərə MRT nəticələrini göndərdik, amma heç biri əməliyyatı qəbul etmədi. Burada Sinan Karaoğlu bütün məsuliyyəti öz üzərinə götürdü və mənə kömək etdilər.
Artıq 3 gün keçib və ayağa qalxa bilirəm. Ümid edirəm ki, həkimin və onun komandasının sayəsində yaşıl meydanlara daha tez qayıdacağam”.