Azərbaycanın paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olundu

Paris-2024 yay olimpiya oyunlarına hazırlıqla əlaqədar Azərbaycanın paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olunub.

Allsport.az xəbər verir ki, qurumun prezidenti İlqar Rəhimovun əmri ilə 2021-2024-cü illər üzrə aşağıdakı təyinatlar gerçəkləşib:

  1. İbrahimov İbrahim Eldar oğlu – kişi cüdoçulardan ibarət milli komanda
  2. İbrahimov Ramin İbrahim oğlu – qadın cüdoçulardan ibarət milli komanda
  3. Panyutin Oleq Viktoroviç- atletika üzrə milli komanda
  4. Culfayev Alavərdi Abasoviç – üzgüçülük üzrə milli komanda
  5. İbişov İlqar Əsgər oğlu – pauerliftinq üzrə milli komanda
  6. Abdullayev Yusif İnqlab oğlu – güllə atıcılığı üzrə milli komanda
  7. Abbasov İlqar Əziz oğlu – kamandan oxatma üzrə milli komanda
  8. Tağızadə Fərid Əvəz oğlu – parataekvondo üzrə milli komanda
  9. Abdullayev Zahir Abdulla oğlu – qolbol üzrə milli komanda
  10. Məhərrəmov İlham Nadir oğlu – boccia üzrə milli komanda
  11. Qubuşova Ruqiyyə Heydər qızı – stolüstü tennis üzrə milli komanda
  12. Məlikov Asəf Adil oğlu – qılıncoynatma üzrə milli komanda
  13. Həsənquliyev Amid Umud oğlu – paravelosiped idman növü üzrə milli komanda
  14. İsmayılov Məhəmməd Sahib oğlu – qış idman növləri üzrə milli komanda

Paris paralimpiadası 2024-cü il 28 avqust-8 sentyabrda keçiriləcək.

Həmin kateqoriyadan