- Baxış sayı: 41
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 269
- Oktyabr 25, 2026
- 0

Rusiyanın “Ufa” klubunda noyabr və dekabr aylarının ən yaxşı futbolçusu açıqlanıb.
Allsport.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda Azər Əliyev qalib olub. 25 yaşlı yarımmüdafiəçi səslərin 42,1 faizini toplayıb.
Əliyev bu müddətdə 4 oyun keçirib. O, bu matçlarda 1 qol və 1 assistlə yadda qalıb.
“Ufa” premyer liqada 19 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.