“Azəryol”un Avropa kubokundakı oyunlarının vaxtı və yeri müəyyənləşdi

Avropa kuboku yarışlarında çıxış edəcək qadın həndbolçulardan ibarət “Azəryol” klubunun oyunlarının vaxtı və yeri müəyyənləşib.

Allsport.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz ikinci raundda Yunanıstanın “AEP Panorama” klubu ilə görüşəcək.

“Azəryol” ilk oyununu oktyabrın 16-17-də səfərdə, cavab görüşünü 23-24-də evdə keçirməli idi. Lakin klublar hər iki matçın Yunanıstanda keçirilməsini razılaşdırıb. Bu oyunlar Salonikidə təşkil olunacaq.

Oktyabrın 23-dəki matçda “AEP Panorama” meydan sahibi olacaq. Ertəsi gün eyni məkanda baş tutacaq görüşün nominal meydan sahibi “Azəryol” olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan