Azad Rəhimov: Əminik ki, bu mötəbər idman tədbiri də yüksək səviyyədə keçiriləcək

Avropa gənclərinin olimpiya festivalının başlanmasına 150 gün qalması münasibətilə “Hilton” mehmanxanasında olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə
gənclər və idman naziri Azad Rəhimov ölkəmizin mötəbər idman yarışlarına, o cümlədən 1-ci Avropa, 4-cü İslam həmrəyliyi oyunlarına, 42-ci ümumdünya şahmat olimpiadasına, Formula1, qitə və dünya çempionatlarına da yüksək səviyyədə ev sahibliyi etdiyini deyib:

“Bu gün önəmli bir gündür. Festivalın başlanmasına 150 gün qalır. Bu qısa müddətdə görüləcək çox iş var. Əminik ki, bu mötəbər idman tədbiri də ölkəmizdə yüksək səviyyədə keçiriləcək. Bu gün Avropa gənclərinin olimpiya festivalının başlanmasına 150 gün qalması münasibətilə bu mötəbər idman yarışının talismanları olan “Cırtdan” və “Bəbir” ictimaiyyətə təqdim edilib. Maskotlar cəmiyyətdə böyük maraqla qarşılanıb”

Həmin kateqoriyadan