Azad Rəhimov Yunanıstanda olimpiya məşəlinin alovlandırılmasında iştirak edəcək

Gənclər və idman naziri Azad Rəhimov aprelin 21-də Yunanıstanda keçiriləcək 31-ci yay və 14-cü Paralimpiya oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, Olimpiya oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Elladada yerləşən olimpiya məbədindən götürülür. Bu münasibətlə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos nazir Azad Rəhimovu Braziliyada keçiriləcək Rio-2016-nin olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak üçün bu ölkəyə dəvət edib. Səfər 22 aprelədək davam edəcək.  

Həmin kateqoriyadan