AzAL Bakını məğlub etdi

Bu gün Topaz Premyer Liqasında 33-cü tura yekun vuruldu. Alsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutdu.

Turun qapanış matçında çempionatın autsayderi “Bakı” AZAL-a məğlub oldu.

Topaz Premyer Liqası
33-cü tur
9 may

“Bakı” – AZAL – 0:2 (0:1)
Qol: R.Abdulllayev, 45 (0:1), F.Mombonqo, 74 (0:2).
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Vüsal Əliyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 17. Elmin Əsgərli, 45. Mahir Mədətov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
AZAL: 85. Kamal Bayramov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 13. Şəhriyar Rəhimov, 22. Eltun Yaqublu, 5. Kərim Diniyev, 8. Seymur Əsədov, 3. Xuan Fransisko, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 11. Ruslan Nəsirli.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: “Xəzər Lənkəran” – “Qarabağ” 1:1, “Sumqayıt” – “Qəbələ” 0:2, “İnter” – “Neftçi” 4:0.

Bombardirlər:
15 – Nurlan Novruzov (“Bakı”).
12 – Draqan Çeran (“Simurq”).
11 – Nikolas Kanales (“Neftçi”), Cavid Hüseynov (“Qəbələ”).
10 – Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva (“Qarabağ”).
9 – Mikel Alvaro (“İnter”).
8 – Freddi Mombonqo (AZAL), Junior Nildo (“İnter”).

Həmin kateqoriyadan