- Baxış sayı: 49
- 22 Sentyabr 2026 16:53
- Baxış sayı: 239
- Sentyabr 23, 2026
- 0

Martın 30-da “Azərbaycan Hava Yolları” ilə 4-cü İslam həmrəyliyi oyunlarının əməliyyat komitəsi arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb. Allsport.az saytı xəbər verir ki, bununla da AzAL Bakı-2017-in növbəti rəsmi tərəfdaşı olub.
Anlaşma “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd tərəfindən imzalanıb. Sonra tərəflər arasında sazişin imzalanmasına dair mətbuat konfransı keçirilib.