- Baxış sayı: 13
- 09 İyul 2026 21:34
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

“Real”ın və Belçika millisinin sabiq futbolçusu Eden Azar İspaniya yığmasının vingeri Lamin Yamal barədə fikrini bölüşüb. Allsport.az xəbər verir ki, belçikalı veteran gənc futbolçunu özü ilə müqayisə edib:
“O, mənə futbol oynamağa başladığım dövrdəki özümü xatırladır. Mən də təxminən onun yaşında idim və hamı mənə böyük ümidlər bəsləyirdi. Amma sonda o, meydanda yalnız özünün bacardığı kimi zövq alarsa, əminəm ki, əla dünya çempionatı keçirəcək.
O, insanların izləməkdən zövq aldığı oyunçu tipidir. Futbolun mahiyyəti də budur: zövq almaq və insanları xəyallar qurmağa vadar etmək”.
İspaniya DÇ-2026-nın 1/4 finalında Belçika ilə qarşılaşacaq. İyulun 10-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.