AzDBTİA tibbi reabilitasiya sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası ilə dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlanılıb.

Allsport.az saytı xəbər verir ki, birgə anlaşmanın nəticəsi olaraq, idman tibbi və reabilitasiya sahəsində birgə layihələrin həyata keçirilməsi, akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin təşkili nəzərdə tutulub.

Həmçinin Akademiyanın bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün Agentliyin tabeliyində olan Reabilitasiya Mərkəzlərində müvafiq təcrübə və təlimlərin keçirilməsi, Agentliyin, onun struktur bölmələrinin və tabe qurumlarının əməkdaşları üçün akademiyada müvafiq ixtisasartırma və ya təcrübə, eləcə də yüksək ixtisaslı peşəkar kadr hazırlığının planlaşdırılır.

Həmin kateqoriyadan