Bəhlul Mustafazadə: Ələ düşən imkanlardan yararlanmalıyıq

Sabah Serbiyanın Novı Sad şəhərində millətlər liqasında Azərbaycan millisi Belarus futbolçuları ilə görüqşəcək. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında müdafiəçi Bəhlul Mustafazadə rəqibi belə dəyərləndirib:

“Qazaxıstanla oyuna çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaratdıq, müdafiədə də etibarlı çıxış etdik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik. Qazaxıstanla oyunda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər artdı və səhvlərdən qollar buraxdıq.

Rəqibi komandanı təhlil etmişik. Belarus da Qazaxıstan millisi kimi, 5 müdafiəçi ilə oynayır. Ancaq Belarus Qazaxıstandan daha kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq.

Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbaycan xalqını sevindirək”.

Həmin kateqoriyadan