Bacısını boğaraq öldürmək istəyən futbolçu

“İnter”in keçmiş yarımmüdafiəçisi İsak Belfodil Fransada həbs edilib.

Allpsort.az xəbər verir ki, şayiələrə görə futbolçu, valideynlərinin evində qızğın mübahisədən sonra 15 yaşlı bacısını boğub, bundan sonra zərərçəkən polisə müraciət edib.

Bildirilir ki, polis qızın boynunda bir neçə yara izləri və qol nahiyəsində cızıqlar aşkar edib. 

31 yaşlı futbolçu həbs olunub, lakin tezliklə sərbəst buraxılıb. Versal prokurorluğu əlavə tədbirlər görmədən işi bağlayıblar.

Hazırda Qətərin “Əl-Qarafa” klubunda çıxış edən futbolçunun özü sosial şəbəkələrdə duruma aydınlıq gətirib: “Ümid edirəm ki, nəyin bahasına olursa olsun, qalmaqal və bəd xəbər axtaran qəzetlər gerçək bilgilər yayırlar. Kiçik bacım və mən özümüzü çox yaxşı hiss edirik”.

Həmin kateqoriyadan