Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim edildi

Bu gün 12-22 may 2017-ci ildə Bakıda keçiriləcək 4-сü İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və brendinin təqdimat mərasimi keçirildi. Allsport.az saytının məlumatına görə, tədbirdə loqonun Azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlandığı diqqətə çatdırıldı. Bildirildi ki, nişanə İslam dövlətlərinin tarixi, irsi və mədəniyyəti özündə bilrləşdirib. 
Yeni Bakı-2017 brendinin əsas mövzusuna gəldikdə isə burada əksər Müsəlman dövlətlərinə xas olan zəngin mədəni ənənənin tərkib hissəsi olaraq,  xalçaçılığın müasir təsviri yer alıb. Brenddə İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.
Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.
Bu, İslam mədəniyyətinin və İslam Həmrəyliyi Oyunlarında keçirilən idman tədbirlərinin müasir təsviridir. Qeyd edək ki,  dizayn biletlər, uniformalar üzərində əks etdiriləcək və Oyunlarla bağlı satılan əşyalar və məkanlar üçün yenidən təfsir olunacaq.
AISGOC-nin baş icraçı direktoru Azad Rəhmiov çıxışında dedi: “Müasirliyi ilə yanaşı Dünyanın İslam dövlətlərinin zəngin mədəni tarixini özündə əks etdirən Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının yeni brendinin təqdimatını keçirməkdən məmnun olduq. Tarixi, mədəniyyəti, keçmişi və gələcəyi özündə cəmləşdirən brendin oyunların ictimaiyyət tərəfindən daha çox tanınmasında əvəzsiz rol oynayacaq”. 
 Baku 2017 ISG_Logo

Həmin kateqoriyadan